Bu gün UEFA Avropa Liqasının “A” qrupunda Lüksemburqda baş tutan “Dudelanj” – “Qarabağ” matçında erməni təxribatı baş verib.
Yenicag.az xəbər verir ki, “Qarabağ”ın 4-1 hesabı ilə qalib gəldiyi matçın 31-ci dəqiqəsində (2-ci qoldan sonra) meydançaya dron vasitəsilə Qarabağ separatçılarının “bayrağı” endirilib.
“Qarabağ” futbolçularının kəskin etirazından sonra məsələnin aydınlaşdırılması üçün matç yarımçıq saxlanılıb və oyun 25 dəqiqə sonra davam etdirilib.
Ancaq komandamıza qarşı təxribat bununla bitməyib. Oyundan sonra Avropa Liqasında keçirilən oyunların nəticələrini və turnir cədvəlini dərc edən məşhur “Livescore” saytı “Qarabağ”a qarşı təxribata yol verib.
Sayt “Dudelanj” üzərində qələbə sayəsində qrupda faktik 2-ci pilləyə yüksələn “Qarabağ”ı 3-cü sırada göstərib. Komandamızın 2-ci yeri isə “Dudelanj”a “bağışlanıb”.
Yazı yayıma hazırlandığı bu dəqiqələrdə “Livescore” qeyd olunan təxribatı hələ də aradan qaldırmayıb.
www.yenicag.az