Qarabağa səfər edənlərin orada qalma müddəti artırıldı

media-hightechnic-468x90

Qarabağa səfər edənlərin orada qalma müddəti artırılıb.

Yenicag.az xəbər verir ki, indi azad olunmuş ərazilərə səfər edənlər Qarabağda 5 gün qala biləcəklər.

Belə ki, fərdi minik avtomobillərinin sahibləri, Azərbaycan vətəndaşları “yolumuzqarabaga.az” portalı vasitəsilə artıq 5 günlük icazə əldə edə biləcəklər.

İcazələr iki gün öncədən alınmalıdır. Ümumilikdə nəqliyyat vasitəsində 9 nəfər ola bilər.

Yeniliyə əsasən, vətəndaşlar özləri qeydiyyatdan keçmədən də Qarabağ səfər edə bilərlər. Əgər vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hoteldə rezervasiya edərsə, əlavə müraciətə ehtiyac qalmır. Bu şəxslər adından giriş icazəsi hotel tərəfindən alınır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600