!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda bərpa işlərini və məskunlaşmanı uğurla aparmaq üçün...” - Ekspertdən TƏKLİF

!Reklam – Yazi

“İşğaldan azad olunan ərazilərdə məskunlaşan insanları və oralarda yaradılan təsərrüfat subyektlərini torpağa “bağlamaq” üçün yol şəbəkəsi qurulmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərimizdə yol infarstrukturu ilə bağlı vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, qeyd olunan ərazilərdə yol infarstrukturunun bərpası və genişləndirilməsi vacib işlərdən biridir:

“Çünki müasir yollar çəkilmədən uğurlu bərpa və məskunlaşma çətin olar. Yolların bərpası və yol şəbəkəsinin genişləndirilməsi zamanı işğaldan əvvəlki ciddi səhvlərimiz nəzərə alınmalıdır.

Qərb sərhədlərimiz boyu müasir yolların olmasına xüsusi diqqət yetirilməlidir. Təəssüf ki, sərhədyanı rayonlarımızı və Şuşanı 1992-93-cü illərdə itirməyimiz həm də yol şəbəkəsinin yetərli olmaması ilə bağlı idi. Hər kəs gözəl bilir ki, 1992-ci ildə işğaldan əvvəl Şuşa şəhəri və ətraf kəndlər, həmçinin bütöv Laçın və Kəlbəcər rayonları yarımblokada vəziyyətinə düşmüşdü.

Yeganə yolun bərbad vəziyyətdə olması bu durumu daha da qəlizləşdirirdi. Ona görə də Göygöl və Daşkəsən istiqamətindən Kəlbəcərə, daha sonra Kəlbəcərdən Laçına, həmçinin Qubadlı istiqamətindən Laçına ərazinin relyefinə uyğun, istənilən fəsildə istismara yararlı, özü də imkan daxilində alternativi olan yollar çəkilməlidir.

Maraqlısı odur ki, işğal zonasından kənarda olan Qərb rayonlarımızda da əlaqəni yetərincə təmin edən yollar hələ də yoxdur. Məsələn, qonşu olan Gədəbəy və Daşkəsən rayonlarının mərkəzlərindən bir-birinə getmək üçün Gəncə və Şəmkirdən keçməklə 80 kilometrdən artıq məsafə qət etmək lazım gəlir.

Lakin bu rayon mərkəzlərini birləşdirmək üçün təxminən 20-25 kilomeyrlik yol çəkilməlidir. Düşünürəm ki, Qərb rayonlarımızın hamısını birləşdirən mükəmməl və müasir yol şəbəkəsi çəkilməlidir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv