Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağda rus sülhməramlısı və ermənilər də minaya düşdü - YENİLƏNDİ

19:17

Rusiya sülhməramlısı Qarabağda minaya düşərək xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədəRusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən baş verib.

Məlumata görə, yaralanan rus zabit Bakıda xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilib. Məlumatda hadisə zamanı bir Azərbaycan həbçisinin də şəhid olduğu qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli Suqovuşanda minaya düşərək şəhid olub.

Babək Səmidlinin şəhid olması xəbərini Azərbaycan Müdafiə Nazirliyi təsdiqləyib.

www.yenicag.az

357