!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda şəhid olan media mənsubları barədə videoçarx hazırlandı - FOTO/VİDEO

!Reklam – Yazi

“Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb.

Yenicag.az xəbər verir ki, videoçarxda birinci və ikinci Qarabağ savaşında şəhid olan jurnalistlər və ümumilikdə həlak olan media mənsublarının tam siyahısı öz əksini tapıb.

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin müvafiq layihəni icra etməkdə əsas məqsədi heç bir media resursunda, KİV materalında bütünlükdə siyahının olmamasıdır. Birliyin sədri, tanınmış telejurnalist, Baku Tv-nin məsul redaktoru Günel Gözəlovanın sözlərinə görə, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atıblar. Videoçarxda birinci və ikinci Qarabağ savaşında həlak olan 16 nəfər media mənsubunun adı yer alıb. Süjet xətti monoloq janrında çəkilən çarxın qəhrəmanı şəhid jurnalist Məhərrəm İbrahimovun oğlu 8 yaşlı Toğruldur.

“30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən, peşəsinin icrasını yarımçıq qoyub səngərdə vuruşan media mənsubları bu yolda canından keçiblər. Lakin onların bəzilərinin adı demək olar ki, heç yerdə çəkilmir. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi Qarabağ savaşında 16 media mənsubunun həlak olduğu faktını dəqiqləşdirib”- layihənin müəllifi Günel Gözəlova belə deyib. Onun sözlərinə görə, əsas məqsəd bu vidoçarx vasitəsilə ermənilərin media mənsublarına qarşı terrorunu bir daha gündəmə gətirməkdir. Eyni zamanda beynəlxalq aləmdə peşəsini icra edərkən toxunulmaz sayılan media nümayəndələrinə qarşı törədilən cinayət faktları və hələ də işini icra edəcək olan jurnalistlərin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdikləri yeraltı ölüm – minalar sayəsində həyatlarının təhlükədə olması faktını vurğulamaqdır. Körpələrin valideynsiz, media subyektlərinin peşəkar əməkdaşsız qalması ermənilərin daha bir məqsədli terrorunun sübutudur.

Qeyd edək ki, “Şəhid imza” layihəsinin icrasına iyul ayının 1-dən start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

COP29

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv