!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı təxribatların "SPONSOR"U: "Rusiya çalışır ki, sülh prosesini mümkün qədər yubatsın"

!Reklam – Yazi

“İnsan hüquqları ilə bağlı məsələ gündəmə gələndə Qərb institutları bu məsələni daha aktiv şəkildə gündəmə gətirir və Rusiyanın əli güclənir”.

Bu fikri Qarabağda ermənilərin mitinqlər keçirməsi, bunun prosesə təsirini dəyərləndirən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, qan tökənlərin mitinq keçirməyə mənəvi haqqı yoxdur:

“Rusiya çalışır ki, sülh prosesini mümkün qədər yubatsın. Baş verənlər birbaşa Rusiya ilə bağlıdır. Ruslar bunu fərqli üsulla edirlər. İnsan hüquqları ilə bağlı məsələ gündəmə gələndə Qərb institutları bu məsələni daha aktiv şəkildə gündəmə gətirir və Rusiyanın əli güclənir.

Rusiya anlayır ki, təkbaşına prosesə girsə, Türkiyə və Azərbaycanla arasında narazılığı dərinləşdirər. Ona görə də, yumşaq güc vasitəsi ilə Azərbaycana təzyiq etmək istəyir.

Qarabağ erməniləri dinc mübarizə ilə bağlı mənəvi haqqını itirib. Bu, o zaman olardı ki, müharibə olmasın. 1988-ci ildəki dövrü xatırlayırıq. O vaxt dinc mübarizə olsaydı, əllərinə silah götürməsəydilər, bu haqq olardı.

Qan tökülüb, çoxsaylı insan itkisi olub. Onların mənəvi haqqı yoxdur ki, durub desinlər ki, dinc mübarizə aparırıq. Dinc mübarizə aparırdınsa, niyə işağl edirdin, qan tökürdün?!

Rusiyanın Ukraynada zəifləməsi, eyni zamanda ABŞ və Avropa İttifaqının Azərbaycanda nüfuzunun artması ilə bu məsələlər Azərbaycanın xeyrinə öz həllini tapacaq”.

Səxavət Məmməd

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv