“Qarabağ”dan 27 ilin rekordu

media-hightechnic-468x90

“Qarabağ” Azərbaycan Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub etməklə mövsümdəki qol sayını 95-ə çatdırıb.

Yenicag.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub.

1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qol vurmayıb. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/97 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə Qurban Qurbanovun komandası yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, 1992-ci ildə “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) daha çox qol vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600