"Qarabağ"dan İLK: Pley-offa yüksəldi - YENİLƏNDİ
“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
***
“Qarabağ”dan ikinci qol, 45+3-cü dəqiqədə Yassin Benzia fərqləndi.
***
Qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.
“Köhlən atlar”ın heyətində Leandro Andrade fərqlənib.
***21:45
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Qarabağ” – “Hakken” (İsveç) oyunu başlayıb.