!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın 5 potensial rəqibi açıqlandı - Çempionlar Liqasında

!Reklam – Yazi

Sabah futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Yenicag.az xəbər verir ki, UEFA püşkatmadan bir gün öncə iştirakçı klubları qruplara bölüb.

Səpələnmişlər səbətində yer alan Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqiblərinin siyahısı bəlli olub. 1-ci qrupda yer alan Ağdam klubunun mümkün rəqibləri sırasında “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) var. Bu isə o deməkdi ki, Qurban Qurbanovun çalışdırdığı təmsilçimiz məhz bu 5 klubdan biri olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

Səpələnmişlər:
APOEL (Kipr)
Qarabağ (Azərbaycan)
Şerif (Moldova)
TNS (Uels)
Videoton (Macarıstan)

Səpələnməmişlər:
Şkendiya (Makedoniya)
Düdelanj (Lüksemburq)
Olimpiya (Sloveniya)
Suduva (Litva)
Torpedo (Kutaisi, Gürcüstan)

COP29

www.yenicag.az

2647
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv