!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın Avropa Liqasında RƏQİBLƏRİ: “Bu komanda ilə oyun çox gərgin keçəcək”

!Reklam – Yazi

“Rəqiblərin güclü olduğu bəlli idi. Amma “Qarabağ” da zəif rəqib deyil. İstənilən komanda ilə oynamağa qadirdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında UEFA Avropa Liqasında püşkatmasında “Qarabağ”a rəqib olan komandaları dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, Avropa Liqasında zəif rəqib anlayışı yoxdur:

“Rəqiblərin güclü olduğu bəlli idi. Amma “Qarabağ” da zəif rəqib deyil. İstənilən komanda ilə oynamağa qadirdir.

“Olimpiakos” bizə tanış rəqibdir. “Qarabağ” onlara əlinin suyunu göstərib. Yəqin ki, Yunanıstandakı məğlubiyyəti unutmayıblar. Ona görə də, bu komanda ilə oyun çox gərin keçəcək.

“Tottenhem”dən danışmağa dəyməz. Premyer Liqa nəhəngi ilə oyun da maraqlı alınacaq.
“Ayaks” əvvəlki komanda olmasa da, artıq dirçəlməyə başlayıb. “Lion” isə əzəmətini itirmiş kimi görür. Bu komanda ciddi maliyyə böhranı ilə üzləşib və az qala bütün futbolçularını transferə çıxarıb”.

N.Muxtarlı qeyd edib ki, “Qarabağ”ın digər rəqibləri də möhkəm komandalarıdır və atletik futbola üstünlük verirlər:

“Fiziki cəhətdən hazırlıqlıdırlar. İlkin təəssürat hələlik budur. “Qarabağ”ın zədəliləri sıraya qayıdandan, xətlər arasındakı müəyyən problemlər həllini tapandan sonra bu komandaların hər biri ilə başabaş mübarizə aparmaq və hər birindən xal almaq mümkündür.
“Qarabağ” üçün səfər-ev anlayışı yoxdur. Ümid edək ki, Liqa mərhələsi başlayana qədər “Qarabağ”ın bütün futbolçuları Qurban Qurbanovun sərəncamında olacaq. Belə olarsa, “Qarabağ” yenə də Avropanı təəccübləndirə bilər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv