!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın bazasında gözlənilməz yoxlama - FOTOLAR

!Reklam – Yazi

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları gözlənilmədən “Qarabağ” komandasının üzvlərindən dopinq test götürməyə gəliblər.

Klubun mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, onlar əvvəlcə komandanın məşq etdiyi Bakı Olimpiya Stadionuna gediblər. Daha sonra isə agentliyin nümayəndələri komandayla birgə “Qarabağ”ın Suraxanıdakı bazasına yollanıblar və bu dəqiqələrdə komandanın 7 üzvündən dopinq test götürürlər. Bunlar Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdur.

Bildirilib ki, agentliyin dopinq test aparmaq hüququ olsa da, bu, UEFA-nın təlimatı ilə həyata keçirilməyib.

Qeyd edək ki, “Qarabağ” sabah Avropa Liqasında “Vorskla” ilə qarşılaşacaq. Bu səbəbdən agentliyin nümayəndələrinin indi yoxlama aparması komandanın istirahətini pozduğu bildirilib.

www.yenicag.az

3580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv