Reklam: High Technic
hightechnic

"Qarabağ"ın futbolçuları cəbhədə əsgərlərlə futbol oynadı - VİDEO (Yenilənib)

Reklam: Sinerji Pro

Mayın 17-də “Qarabağ”ın 5 futbolçusu – Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev cəbhə bölgəsində olub.

Yenicag.az-ın xəbərinə görə, Ağdamda N saylı hərbi hissədə olan futbolçular əsgərlərlə futbol oynayıb.

***

17.05.2018

22:30

Bu mövsüm növbəti dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” bu uğurunu qeyd etmək üçün bu gün Ağdama səfər edib.

Yenicag.az xəbər verir ki, Ağdam klubu ardıcıl 5-ci çempionluğunu cəbhə bölgəsində qeyd edib. Belə ki, komandanın futbolçularından İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev və Elvin Yunuszadə cəbhə bölgəsində yerləşən N saylı korpusun qonağı olub.

Onları N saylı hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənov qarşılayıb. Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib. Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.

Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar. Daha sonra komanda üzvləri əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstəriblər.

***

www.yenicag.az

3221