Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.
Yenicag.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
İddiaya görə, İstanbul təmsilçisi Şehiçə əsas qapıçısı Fernando Musleranın əvəzedicisi kimi baxır. Xəbərdə bildirilir ki, bosniyalı əlcək sahibi çıxış etdiyi “Ərzurumspor”da maaşını ala bilmir. Bu səbəbdən 30 yaşlı qolkiperin qış fasiləsində klubdan ayrılacağı gözlənilir.