Qaradağ rayonunda dəhşətli hadisə baş verib

media-hightechnic-468x90

asadsadrBakının Qaradağ rayonunda dəhşətli hadisə qeydə alınıb.

media-banner_tkm

Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun  verdiyi məlumata görə, Qobustan qəsəbəsində yaşayış evinin həyətindəki tövlədə asılmış qadın meyiti tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Araşdırmalar zamanı meyitin 1973-cü il təvəllüdlü Sevinc Ağaəddin qızı İsmayılova olması və qadının intihar etdiyi məlum olub.

Qadının özünü baş örtüyü ilə asdığı bildirilir. Onun meyitini övladları tapıblar.

Qeyd edək ki, S.İsmayılova 4 övlad anasıdır. Hazırda qadının nə səbəbdən intihar etdiyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır (ans).

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05