Qaranlıqda işıq saçan yol

media-hightechnic-468x90

hggfgfgtrtrəıHollandiyada müasir texnologiya məhsulu olan və qaranlıqda işıq saçan yolun inşa edildiyi bildirilib.

Hollandiyanın Oss şəhərində yerləşən 500 metrlik yolun fosforlu boyalar vasitəsilə ərsəyə gətirildiyi deyilib. Gündüzlər günəşdən aldığı şüalar ilə enerji balansı toplayan yol qaranlıqda parlayır. Ayrıca hava temperaturunun mənfiyə enməsi ilə bərabər yolun rəngi  də dəyişir.

“Roosegaarde” və “Heijmans Infrastructure” firması tərəfindən inşa edilən yolun əhəmiyyətli yerlərində olan hissələr xüsusi boya vasitəsilə örtülüb. Müasir yeniliklərlə təchiz edilmiş yolun infrastrukturunda ehtiyac duyulan enerji də külək generatorları tərəfindən təmin edilir. Şirkət tərəfindən verilən açıqlamada gələcək üçün nəzərdə tutulan layihələrdə də bənzər örtmə boyalarından istifadə ediləcəyi bildirilib(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600