!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaranlıqda telefonla oynayanlar kor ola bilər - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Mobil telefon asılılığı olduqca qorxulu bir təhlükə olaraq ortaya çıxıb. Həkimlər yataqda smartfon istifadəsinin “göz iflici”nə səbəb olduğunu söyləyiblər.

Yenicag.az xəbər verir ki, bir çox insan yatmazdan əvvəl smartfonlar vasitəsilə sosial mediaya baxır, oyun oynayır və ya bir şey oxuyur. Əslində bu günümüzdə olduqca adi bir haldır. Ancaq bu günahsız vərdişin gözlərə ziyanı hətta göz iflicinə səbəb olacağını bilirsinizmi?

Çində bir adam, qaranlıqda daim telefonuna baxdıqdan sonra müvəqqəti korluq yaşadığı üçünhəkimə müraciət edib. Çinli həkim Lei Tao, elektron cihazlara uzun müddət baxmağın göz iflicinə səbəb ola biləcəyini söyləyib. .Hər ay ən azı 20 gənc xəstəliyi müvəqqəti korluq səbəbiylə xəstəxanaya gəlir.

Retinada damarların tıxanması korluğa səbəb olan bu xəstəliyin ani, ciddi və ilk əlamətidir. Araşdırmalara görə, göz iflici xəstəliyi hər il artır və xüsusilə gənclər arasında yayılır. Bu, yalnız müvəqqəti deyil, həm də xəstənin həyat keyfiyyətinə və cəmiyyətdə fəaliyyətinə təsir edən davamlı korluqla da nəticələnir.

Bir gözdə qəfil görmə itkisi, smartfon korluğunun ilk əlaməti. Bu adətən qaranlıqda bir tərəfi üstə yatıb, telefonun ekranına tək gözlə baxmaqdan yaranır.

Ümumiyyətlə narahatlıq 15 dəqiqə ərzində yaxşılaşır, ancaq daha uzun müddət çəkərsə təcili olaraq bir həkimə yaxınlaşmaq lazımdır./Medicina/

COP29

www.yenicag.az

9537
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv