Qardaş ölkədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR
Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 119 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 716 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 292 878 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 225 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 260 058 nəfər təşkil edir.