Türkiyənin Karaman bölgəsində dəhşətli hadisə baş verib.
Yenicag.az xəbər verir ki, bir gənc otağının dizaynını dəyişdiyi üçün qardaşını bıçaqlayıb.
Hadisə yerinə gələn polis qrupları həmin şəxsi həbs edib.
Belə ki, evə gələn ailənin böyük oğlu, yaşca özündən kiçik qardaşının otaqdakı əşyaların yerini dəyişdirdiyi üçün əsəbləşib. Qardaşlar arasında mübahisə yaşanıb və sonda böyük qardaş Tamer B. kiçik qardaşını bir neçə yerdən bıçaqlayıb. Ailə dərhal polisə və təcili tibbi yardıma məluçat verib.
Yaralı təcili xəstəxanaya çatdırılıb. Tamer B. isə polis tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
www.yenicag.az