Qardaş və bacını bıçaqlayan şəxs həbs edilib

media-hightechnic-468x90

Qola qandal vurulurBakıda baş verən qətl hadisəsinin üstü açılıb.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da qeydə alınıb.

1981-ci il təvəllüdlü R. Mustafayev 1994-cü il təvəllüdlü Elvin Hüseynlini və onun bacısı, 1982-ci il təvəllüdlü Türkan Hüseynovaya bıçaq xəsarətləri yetirib. Nəticədə E. Hüseynli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, T. Hüseynova isə xəstəxanada yardım göstərilərək evə buraxılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600