Qaribaşvili “Gürcü Arzusu”nun sədrliyindən getdi

media-hightechnic-468x90

Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili partiya sədri vəzifəsini tərk edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Qaribaşvili bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.

İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.

Qeyd edək ki, Qaribaşvili 2024-cü il fevralın 1-də “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri təyin edilib. O, birinci dəfə 2013-cü il noyabrından 2015-ci ilin dekabrınadək, ikinci dəfə isə 2021-ci ilin 22 fevralından 2024-cü ilin 29 yanvarınadək Gürcüstanın baş naziri olub.

Yerli KİV-də daha əvvəl Qaribaşvili ilə hakim partiyanın digər rəhbər vəzifəli üzvləri arasında müxtəlif fikir ayrılıqlarının olması ilə bağlı məlumatlar dərc edilib./apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05