!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatarla avtomobil toquşdu - Ölənlər var - ADLAR/YENİLƏNDİ

!Reklam – Yazi

Saatlı rayonunda qatarın avtomobillə toqquşması nəticəsində ölənlərin adları məlum olub.

Hadisə nəticəsində ölənlər – Sabirabad rayon Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu və rayonun Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Xatırladaq ki, bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

***

Azərbaycan Dəmir Yolları QSC Saatlı rayonunda qatarın avtomobillə toqquşması ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir: “Bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

***

Saatlı rayonunda qatar avtomobillə toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında dəmir yolunun Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində “VAZ-2106” markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COP29

www.yenicag.az

944
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv