Qatarların hərəkətində gecikmələr olacaq

media-hightechnic-468x90

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.

media-banner_tuq

“Azərbaycan Dəmir Yolları” QSC-dən Yenicag.az-a verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.

“ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir”, – məlumatda qeyd olunur.

Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05