Qatil hələ də tapılmayıb
Dünən axşam saatlarında “Sahil” metrostansiyasının yaxınlığında baş verən qətldə şübhəli bilinən şəxs axtarılır.
Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
Hadisə yanvarın 6-da axşam saatlarında “Sahil” metrostansiyasının yaxınlığındakı parkda baş verib. Qətlə yetirilən Həsən Həsənov iti ilə gəzintiyə çıxan zaman itinin yaxınlığından keçən şəxsə hürməsi mübahisəyə səbəb olub. Nəticədə həmin şəxs Həsən Həsənovun boğazını kəsib, yanındakı şəxs 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu isə yaralanıb.