Qaynanasını və 6 yaşındakı baldızını ov tüfəngi ilə güllələdi-Fotolar
Yenicag.az xəbər verir ki, Türkiyədə dəhşətli cinayət hadisəsi yaşanıb. Məlumata görə, Qədir adlı şəxs həyat yoldaşıyla aralarında olan münaqişə səbəbindən qaynanası və azyaşlı baıldızını qətlə yetirib. Qədir, 7 il əvvəl əmisinin qızı Ayten Gülçeliyi qaçıraraq evlənib. Yoldaşına şiddət göstərdiyi üçün, qadın ondan boşanıb və məhkəmə tərəfindən ərinə uzaqlaşdırma cəzası istəyib. Lakin, Qədirin buna əməl etmədiyinə və onu incitməyə davam etdiyinə görə Ayten sığınacaq evinə yerləşib.












