!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaz ixracında Amerika BİRİNCİDİR: “ABŞ-nin məqsədi qiymətləri endirməkdir”

!Reklam – Yazi

“ABŞ-nin bu şəkildə “qiymət öldürmə” prosesində səslənən iddialara görə, bu ölkə ilə kəskin münasibətlərdə olan İranla belə müəyyən razılıqlar əldə olunub”.

Bu sözləri bu yaxınlarda açıqlanan statistikalarda ABŞ-nin Avstraliya və Qətəri ötərək ən böyük təbii qaz ixracatçısı olmasına münasibət bildirən iqtisadçı-ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bəlkə də ABŞ öz məqsədinə nail olmaq üçün İrana qarşı tətbiq edilən embarqoları müvəqqəti də olsa, aradan qaldırır:

“Bu gün ABŞ-nin məqsədi ondan ibarətdir ki, dünyada neft və qazın qiyməti aşağı səviyyəyə ensin. Bu səbəbdəndir ki, vaxtaşırı həm neftin, həm də qazın qiymətini artırıb-azaltmaqla məşğuldur. Bu məqam adı çəkilən ölkəyə sərf edən durumdan asılı olaraq dəyişir.

Nəzərə alsaq ki, ümumi baxışda dünya üzrə əsas qaz ixracatcısı Rusiyadır, o zaman bu cür siyasəti həyata keçirməkdə əsas səbəb kimi sözügedən ölkəyə bir növ ziyan vurmaq hesab edilir. Həmçinin hər kəsə bəllidir ki, ABŞ qaz rezervlərini qoruyub saxlayır və onun gələcək dövr ərzində istifadəsini nəzərdə tutur.

ABŞ-nin bu şəkildə “qiymət öldürmə” prosesində səslənən iddialara görə, bu ölkə ilə kəskin münasibətlərdə olan İranla belə müəyyən razılıqlar əldə olunub. Vaxtilə İrana qoyulan embarqolara baxmayaraq bu ölkə daha çox satış həyata keçirə biləcək. Ola bilər, zamanla həmin embarqolar müvəqqəti və daimi olmaq ehtimalıyla aradan götürülsün. İrana da əsas lazım olan məqam neft və qaz məhsullarının satışının baş tutmasıdır. Əlbəttə ki, bu, sadalanan iddiaların pərdəarxası nüansları hesab olunur”.

Yusif Səmədzadə

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv