!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaz tükündən yorğanların yaratdığı XƏSTƏLİKLƏR

!Reklam – Yazi

Qaz tükü, qu tükü, yüngül tüklərdən odeyallar, yorğanlar ağciyərlərdə iltihabi xəstəliklər yaradır.

Yenicag.az xəbər verir ki, Şotland pulmonoloqları bu yorğanların təhlükəli olması barədə açıqlama edib.

Açıqlamada qeyd edilib ki, pulmonoloq və allerqoloqlar mütləq xəstənin yataq ləvazimatlarının materialı ilə maraqlanmalı və buna uyğun analizlər təyin etməlidir. Əgər quş tükü xəstəliyin triggeridirsə, müalicə edib evə göndərilsə də, həmin allergenlə təmas ağciyər toxumasında çapıqlar yarada bilər ki, bu da sağlamlıq üçün ciddi təhlükədir.

Məlumatda bildirilib ki, müstəqil olaraq gəzə, nə də ayaq üstə dayana bilməyən biri kişinin də xəstəliyinə səbəb qaz tükü olub.

Belə ki, 3 ay boğulma, nəfəsalmada problem, xroniki yorğunluqdan əziyyət çəkib.

Xəstəxanaya çox ağır vəziyyətdə çatdırılıb.

Pasiyentin ağciyərlərinin sıradan çıxma səbəblərini araşdıran həkimlər bunun nə tozdan, nə pişiklərdən, nə də hər hansı qidanın allergen olmadığını görüb. Bir müddət sonra kişi xəstəlikdən əvvəl bütün yastıq və yorğanlarını dəyişib, quş tükündən aldığını etiraf edib.

Analizlər də quş qanadlarında və lələyində olan zülala qarşı antitel çıxıb.

Bununla da kişiyə hiperhəssas pnevmonit diaqnozu qoyulub.

Xəstəyə steroidlər təyin edilib və bütün yorğan, balışın sintetik materiala dəyişilməsi tapşırılıb.

9 aydan sonra o, tam sağalıb.

COP29

www.yenicag.az

1818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv