Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Hilal” Sosial Araşdırmalar” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası milli iqtisadiyyat perspektivləri üzrə “Strateji yol xəritəsi” barədə vətəndaşların məlumatlandırılması” layihəsi çərçivəsində Qazax və Ağstafa rayonları ərazisində fəaliyyət göstərən kiçik və orta sahibkarlar arasında Milli Konfrans həyata keçirilib.
Yenicag.az xəbər verir ki, konfransda layihənin rəhbəri Arzuman Abdulkərimov tərəfindən layihə və onun məqsədləri barədə geniş məlumat təqdim edilib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamına müvafiq olaraq, milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Hazırlanmış sənədlə bağlı vətəndaşlar arasında məlumatlar yetərincə deyil. Məhz bu layihənin əsas mahiyyəti Qazax və Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarları bu barədə məlumatlandırmaqdır.
Konfransda kiçik və orta sahibkarlıq üzrə Avropa Birliyi Şərq Tərəfdaşlığı Ölkələri Vətəndaş Cəmiyyəti Forumunun eksperti İlqar Hüseynli Strateji Yol Xəritəsi və 11 istiqamət üzrə hazırlanmış Strateji Yol Xəritələri barədə iştirakçılara geniş təqdimat edib.
Konfransda kiçik və orta sahibkarlarla yanaşı hər iki rayonun İcra Hakimiyyətinin nümayəndələri, regionda fəaliyyət göstərən QHT və mətbuat nümayəndələri və müstəqil iqtisadçı ekspertlər içtirak ediblər.
www.yenicag.az