Qazaxda iki avtomobil toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB

media-hightechnic-468x90

Qazaxda ağır yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb.

“Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Qazax rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600