Qazaxıstan Azərbaycanlıları Birliyinin prezidenti İlham Əliyevi təbrik edib

media-hightechnic-468x90

Prezident Həmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə Qazaxıstan Azərbaycanlıları Birliyi adından və şəxsən öz adından səmimi qəlbdən təbrik edib, ona rifah naminə fəaliyyətində uğurlar və yeni qələbələr arzulayıb.

Prezident Həmədov vurğulayıb ki, 2024-cü il fevralın 7-də keçirilmiş tarixi prezident seçkilərində Prezident İlham Əliyevin 92,05 səslə qələbə qazanması Azərbaycan xalqının ölkə rəhbərinə göstərdiyi etimadın və səmimi vətəndaş sevgisinin bariz göstəricisidir.

Əbilfəs Həmədov təbriklərini çatdıraraq, Prezident seçkilərində tarixi missiyası ilə ölkənin bütövlüyünü və firavanlığını təmin edən Prezident Əliyevə səs verməklə sarsılmaz birlik və həmrəylik nümunəsi göstərmiş bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzuladığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600