Qazaxıstanda metapnevmovirusa yoluxma halları qeydə alındı

media-hightechnic-468x90

Oktyabrın 1-dən Qazaxıstanda kəskin respirator virus infeksiyası olan metapnevmovirusa 30 yoluxma halı müəyyən edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentdən bildirilib ki, epidemiya mövsümü başlayandan respublika üzrə 8360 nümunə qeyri-qrip virusuna görə yoxlanılıb. Bunlardan 1866 (22%) müsbət nümunə müəyyən edilib. Metapnevmovirusun payı cəmi 1,6% təşkil edib.

Yanvarın 4-də “Daily Mail” nəşri də Çində insanların metapnevmovirusa yoluxduğunu yazmışdı.

Metapnevmovirus infeksiyası, əsasən, həyatın ilk ilində uşaqlara təsir göstərir. Əsas simptomlar: öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısı, xəstələrin beşdə birində də qusma qeydə alınır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05