Qazaxıstandan 220 milyon dollarlıq layihələr

media-hightechnic-468x90

llllllllAzərbaycanlı sahibkarlara Qazaxıstanda investisiya layihələri təqdim edilib. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların

Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Qazaxıstanın şimal vilayətlərində ümumi dəyəri təxminən 220 milyon dollar olan 23 layihənin həyata keçirilməsi planlaşdırılır. Həmin layihələr məişət tullantılarının qəbulu və emalı, ağac-yonqar lövhələrin istehsalı üzrə müəssisələrin tikintisi, kənd təsərrüfatı texnikasının istehsalı, heyvandarlıq komplekslərinin yaradılması və digər istiqamətlərə aiddir.

Bu layihələrdə iştiraka maraq göstərənlər Qazaxıstanın Azərbaycandakı səfirliyindən lazımi məlumat əldə edə bilərlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa