Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstandan Azərbaycana 180 azərbaycanlı gətirildi

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 18 vətəndaşı ölkəyə gətirib.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan Yenicag.az-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (10 nəfər), “Naxçıvan” (4 nəfər) “Həsən Əliyev” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.

Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

www.yenicag.az

237
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100