"Qəbələ" mövsümə qələbə ilə başladı

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir.

Yenicag.az  xəbər verir ki, I turun ikinci oyun günündə “Qəbələ” “İnter”in qonağı olub.

İlk hissədə qonaqlar iki dəfə bakılıları meydanın mərkəzinə dəvət ediblər. Elvin Məmmədovun ardınca Filip Ozobiç penaltidən fərqlənib.

İkinci 45 dəqiqədə isə “İnter” yalnız bir qolun əvəzini çıxıb. Pərdis Fərcad-Azad 70-ci dəqiqədə hesabda fərqi azaldıb. Matçın qalan dəqiqələrində qol olmadığından, oyun 2:1 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb.

Qeyd edək ki, turun digər iki qarşılaşması sabah keçiriləcək. Ötən gün keçirilən “Neftçi” – “Qarabağ” matçında isə ağdamlılar 3:1 hesablı qələbəyə sevinib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600