“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirdi

media-hightechnic-468x90

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Qeyd edək ki, Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05