Qəbələ və Şəkidə mənzillərdə yanğın baş verdi
Bu gün baş verən yanğın hadisələrindən biri Qəbələ sakini Ələkbər Umidxanovun, digəri isə Şəki şəhər sakini Sərxan Salahovun mənzillərində qeydə alınıb.
Yenicag.az xəbər verir ki, 68 yaşlı Ələkbər Umidxanovun mənzilinin yanması barədə çağırış daxil olan kimi hadisə yerinə texnika və canlı qüvvə göndərilib.
İkimərtəbəli ümumi sahəsi 168 kvadratmetr olan evin ikinci mərtəbəsi tamamilə yanıb. Mənzilin birinci mərtəbəsinin isə 84 kvadratmetri yanğından qismən mühafizə olub.
Şəki şəhəri Bəxtiyar Abbasov küçəsində isə 54 yaşlı Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, ikinci mərtəbəsindəki mətbəxin 40 kvadratmetr sahəsi eləcə də birinci mərtəbədəki mətbəxin bir hissəsi yanıb. Eyni zamanda, mənzilə bitişik tikilən yardımçı tikilinin də dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyi Qəbələ və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının səyi nəticəsində yanğınların genişlənməsinin qarşısı alınıb, yaxınlıqdakı digər tikililər mühafizə olunub. Yanğınlar zamanı xəsarət alan olmayıb.
Hər iki yanğın hadisəsinin səbəbləri araşdırılır./AZƏRTAC/