!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə etiraz aksiyası – Əhali icra hakimiyyətinin qarşısına toplandı

!Reklam – Yazi

Qəbələ rayonu Zarağan kəndinin sakinləri Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirir.

Yenicag.az xəbər verir ki, Qəbələnin rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsi olan Zarağan sakinləri kəndin qazlaşdırılmasını tələb edirlər.

Məlumata görə, aksiyaya onlarla insan qatılıb.

Yenicag.az-ın aksiya ilə bağlı sorğusuna cavab verən Qəbələ Rayon İcra Hakimiyyətinin adını çəkməyən əməkdaşı ərazidə hər hansı aksiya keçirildiyini inkar edib:

“Heç bir aksiya keçirilmir. Ola bilər, əraziyə bir neçə nəfər toplaşıb. Onların da kimliyini, nə istədiklərini araşdıracağıq”

www.yenicag.az

1481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv