Qəbələdə Nohur göldə bir nəfər batdı

media-hightechnic-468x90

Qəbələdə bir nəfər göldə boğularaq ölüb.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600