Qəbələ rayonunda “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Yenicag.az xəbər verir ki, hadisə yerinə Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Dünyasını dəyişən şəxsin “Qəbələ” Futbol Akademiyasının qapıçılarla iş üzrə məşqçisi olduğu müəyyənləşib. Akademiyanın direktor müavini Nail Kərimovun “Report”a verdiyi məlumata görə, hadisə Qəbələ şəhərində baş verib. O bildirib ki, Teymur Musayev tanışının idarə etdiyi maşının yol kənarındakı dirəyə çırpılması nəticəsində ölüb./Report/
www.yenicag.az