“Qələbə” dairəsinin diametri kiçildilir-Foto

media-hightechnic-468x90

7d258040b21e7279d884adb41a789fecBakının Yasamal rayonundan yerləşən “Qələbə” kinoteatrının qarşısındakı dairənin diametri kiçildilir.

Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev  məlumat verib.

P. Mürsəliyevin sözlərinə görə, “Qələbə” kinoteatrının qarşısındakı dairədə hərəkətin buraxma qabiliyyətini artırmaq məqsədilə dairə kiçildilir və dairənin kiçildilməsi hesabına yolun hərəkət hissəsində zolaqların sayı artırılacaq.

“Abdulvahab Salamzadə və Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələri dairəyə çatdıqda yolun daralması baş verir və sıxlıq yaranırdı. İndi sıxlığı aradan qaldırmaq məqsədilə dairənin sahəsini kiçildirik və beləliklə yol zolaqlarının sayı artmış olur”, – deyə P. Mürsəliyev bildirib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600