Qənirə Paşayevanın son durumu AÇIQLANDI

Millət vəkili Qənirə Paşayevanın son durumu açıqlanıb.

Bu barədə Yenicag.az-a Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

“Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.