İlon Mask VƏZİFƏSİNDƏN GETDİ: “Onun Amerika dövlətinə istədiyini diktə etmək imkanı var”
“İlon Maskın məşğul olacağı işlər yer planetindən də uzaqdadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Şərhçi İlon Maskın Tramp administrasiyasından istefasını dəyərləndirərək hesab edir ki, onun məmur vəzifəsindən daha vacib işləri var:
“İlon Maskın Tramp administrasiyasında uzun müddət dayanacağını gözləmək doğru olmazdı. Onun böyük bir imperiyası və Amerika dövlətinə belə istədiyini diktə etmək imkanı var. Təbii ki, o böyük işlərini atıb Trampın administrasiyasında bir məmur kimi uzun müddət fəaliyyət göstərə bilməzdi. Qısacası, Maskın məşğul olacağı işlər yer planetindən də uzaqdadır. Ona həmin işlərə ayırmaq üçün vaxt daha çox vacibdir. Dövlət işi, məmurluq elə şeydir ki, adamın vaxtını çox alır, hələ yeni texnologiyalarla məşğul olan bir adamın orda qalması çox çətin olardı. Buna görə də, düşünmürəm ki, onun istifadə müddəti bitdi deyə Mask oradan uzaqlaşır”.
A. Həsrət Trampın hakimiyyətə gəlməsində İlon Maskın böyük rolu olduğunu qeyd edib:
“Düşünürəm ki, Trampın hakimiyyətə gətirilməsinə töhfə verdi və onun ilk aylarda öz yerini möhkəmlətməsinə səy göstərib işini bitirərək gedib işlərini rahat görə bilər”.
Nurlan Cəfəri