“Qalatasaray” Fernando Muslera ilə protokol imzaladı

media-hightechnic-468x90

Əfsanəvi qapıçı Fernando Muslera “Qalatasaray”da son matçına çıxacaq.

Yenicag.az xəbər verir ki, Muslera kuboklarla dolu karyerasından sonra “sarı-qırmızılı” komandadan ayrılacağını bu gün keçirilən mətbuat konfransında göz yaşları ilə açıqlayıb.

Klubun prezidenti Dursun Özbek isə Musleranın komandada qalacağını bildirib: “Muslera ilə vidalaşmıram, çünki onun dünya futbolunda önəmli yeri olduğunu düşünürəm . O, qarşıdakı dövrdə “Qalatasaray”da xidmətini davam etdirəcək. Onunla protokol imzaladıq. O, “Qalatasaray”ın uğuru üçün bizi beynəlxalq səviyyədə təmsil edəcək. Biz Türkiyənin ən böyük klubuyuq. Buradakı varlığımızı bütün dünyada inkişaf etdirmək və “Qalatasaray”ı daha da tanıtmaq üçün bir layihəmiz var. Fernando Muslera da bu layihənin bir hissəsidir.

Musleranın “Qalatasaray”da davam etməsini çox istəyirdim, amma o, doğma şəhərinə qayıtmağa üstünlük verdi. Mən də bunu başa düşürəm. Onun “Qalatasaray”dakı xidmətləri bitməyib. Nando ilə gördüyümüz işləri yaxın günlərdə paylaşacağam”.

Qeyd edək ki, İstanbul təmsilçisi sabah Super Liqanın sonuncu turunda “Başakşehir”lə qarşılaşacaq./apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600