Qərb bölgəsinə 20 sm qar yağıb

media-hightechnic-468x90

trend_snow_baku_210215_07Ötən gün axşam saatlarından Daşkəsən rayonuna güclü qar yağmağa başlayıb. Hazırda rayon mərkəzində qarın qalınlığı 10, nisbətən yüksək ərazilərdə isə 15-20 santimetrə çatıb. Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağan qar ciddi fəsad yaratmayıb.

media-banner_tuq

Avtomobillərin normal hərəkəti üçün yollar nəzarətdə saxlanılır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı da normal qaydadadır.

Kəpəz TV-nin məlumatına görə, digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb.

Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur(trend).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05