!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb-Rusiya rəqabəti və Azərbaycanın siyasi iradəsi: “İlham Əliyevin siyasi iradəsinin ortada olduğu şəraitdə...”

!Reklam – Yazi

“Hər iki tərəfin bu məsələdə önə keçmək yönündə ciddi fəallıq göstərdiyi müşahidə edilir”.

Bu fikirləri Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra Ermənistanla imzalanacaq sülh müqaviləsi şərtlərinin müəyyənləşməsində Qərb-Rusiya rəqabətini dəyərləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb və Rusiyanın bu məsələdə önə keçmək yönündə ciddi fəallıq göstərdiyi müşahidə edilir:

“Ötən dövrlərdə Azərnbaycanın ərazi bütövlüyü beynəlxalq müstəvidə rəsmən tanınsa da, münaqişənin həllinə vasitəçilik edən ölkələr işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində otuz il ərzində nəticə verən addımlar atmadılar.

Ona görə də, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməli oldu. Münaqişənin tam həllindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün uyğun şərait formalaşıb. Sülh müqaviləsinin imzalanması prosesində isə həm Qərbin, həm də Rusiyanın öz planları və maraqlarının olduğu ortadadır.

Rusiya sülh müqaviləsi şərtlərinin Qərb koalisiyası tərəfindən müəyyənləşməsinin qəti şəkildə əleyhinədir və bunun üçün Ermənistana təzyiq göstərərək prosesdə öz dominantlığını saxlamağa çalışır. Hər iki tərəfin bu məsələdə önə keçmək yönündə ciddi fəallıq göstərdiyi müşahidə edilir.

Lakin sülh müqaviləsinin imzalanması şərtlərini nə Rusiyanın, nə də Qərbin diqtə etdiyini nəzərə almaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev bütövlükdə yeni regional konfiquriyasiyaların, həmçinin regionun gələcəyi ilə bağlı vacib siyasi inkişafların əsas müəllifidir.

Bu səbəbdən, İlham Əliyevin siyasi iradəsinin ortada olduğu şəraitdə hansısa manipulyasiyalara cəhd etmək və məsələni məğzindən uzaqlaşdırıb guya bunun hansısa siyasi mərkəzlər tərəfindən irəli sürüldüyünü söyləmək doğru deyil. Azərbaycanın qazandığı qələbə yeni şərtlər diqtə edir. Yeni şərtlər isə mərkəzindən asılı olmayaraq, yerinə yetirilməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv