!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbə yönələn Ermənistana DAHA BİR XƏBƏRDARLIQ: “Paşinyanın Bişkek sammitinə qatılmaması və...”

!Reklam – Yazi

“Həmin iradlar Belarus prezidentinin dilindən səslənsə də, o fikirlərin Rusiyaya məxsusluğu şübhə doğurmur”.

Bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenkonun oktyabrın 13-də Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət başçıları Şurasının toplantısında təmsil olunmayan Ermənistana yönəlik iradlarına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Lukaşenkonun Paşinyan və Ermənistana ünvanladığı narazılıqların Rusiya prezidenti Vladimir Putinin yanaşması kimi də qəbul etmək mümkündür:

“Bişkek toplantısına dəvət alan Paşinyanın tədbirdə iştirak etməkdən boyun qaçırması Ermənistan baş nazirinin Rusiyanın aparıcı mövqedə olduğu formatlara münasibətinin növbəti təzahürü sayıla bilər. Yəni bu addım İrəvanın Moskvaya qarşı yeni demarşıdır.

Bildiyiniz kimi, Ermənistanda Rusiyadanqaçma meylləri çoxdan başlayıb və baş verən son proseslərdən sonra daha da intensivləşib. Bu dalğada Ermənistanın KTMT-dən və hətta MDB-dən çıxması, o cümlədən, Rusiyanın həmin ölkədəki hərbi bazalarının mövcudluğuna son qoyulması məsələləri geniş müzakirə olunur.

Belə bir şəraitdə Paşinyanın Bişkek sammitinə qatılmaması verilmiş çox aydın mesajdır. Amma maraqlıdır ki, Paşinyanın bu hərəkətinə açıq və yetərincə sərt irad Rusiyadan yox, Belarus prezidenti tərəfindən bildirildi. Konkret desək, Lukaşenko Ermənistanı “tərəfdaşlıqla bir araya gəlməyən” davranışlarda suçladı.

Əslində, həmin iradlar Belarus prezidentinin dilindən səslənsə də, o fikirlərin Rusiyaya məxsusluğu şübhə doğurmur. Hər halda, Lukaşenkonun dedikləri Qərbə yönələn Ermənistan üçün Rusiyanın növbəti xəbərdarlığıdır. Bunun Ermənistana necə təsir edəcəyini və Rusiyanın sonrakı addımının nədən ibarət olacağıni isə zaman göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv