“Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi davam edir

media-hightechnic-468x90

“İz – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” adlı layihənin icrası uğurla davam edir.

İctimai Birliyin anallitik informasiya bölümündən Yenicag.az-a verilən məlumata görə, layihənin əsas məqsədi Qərbi Azərbaycan musiqi irsinin unudulmaq və itirilmək təhlükəsinin qarşısını almaq, zəngin musiqi nümunələrini toplayaraq gələcək nəsillərə ötürməkdir. Bu məqsədlə toplanan materialların yazıya alınması və nota salınması aparılır.

Layihə rəhbəri Fəridə Mirişovanın sözlərinə görə, görülən işlər çərçivəsində Gəncə şəhərinə ezam olunaraq Göyçə mahalından olan ustad aşıqlar – Aşıq Fətullah Göyçəli və Aşıq Saleh Tağıyev ilə görüşlər keçirilib:

“Bu görüşlərin əsas məqsədi Qərb aşıq mühitinə məxsus olan ‘Çoban Məhəmməd və Səlvi Xuraman’ dastanını onların ifasında yazıya almaq və nota köçürmək idi. Bununla yanaşı, ustad aşıqlardan bölgənin zəngin aşıq irsinə aid başqa nümunələr də qeydə alındı. Artıq dastanların yazıya alınması başa çatıb, nota köçürülməsi isə davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa