Qəza 350 abonenti qazsız qoydu – FOTO

Qazaxda 350 abonentin qaz təminatı dayanıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, Qazax şəhərinin N.Nərimanov küçəsində, Hüseynbəyli kəndinin 76 mm diametrində daşıyıcı orta təzyiqli qaz xətti avtomobil qəzası zamanı qırılıb.

Nəticədə 350 abonentin qaz təminatında fasilə yaranıb.