Qəzada həyatını itirib

media-hightechnic-468x90

indir (4)Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus “BMW” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “BMW” markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:56-da başa çatıb.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600