Qəzalı bina ilə bağlı Qərargah operativ işlərini davam etdirir

media-hightechnic-468x90

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi -4 ünvanında yerləşən 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermiş çöküntü hadisəsi və bunun nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargah  üzvləri və digər aidiyyəti məsul şəxslər ərazidə operativ və işgüzar işlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərdövlətlayihə Gəncə Regional şöbəsinin mudiri Rüstəm Mehtiyev, FHN-nin Aran Regional Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Orxan Şıxıyev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri bina və sakinləri ilə bağlı görülən işlərlə bir daha yaxından tanış olmaq məqsədilə ərazidə oldular.

İcra Başçısı bir qrup bina sakinləri ilə görüşdü, yaranmış problemin aradan qaldırılması istiqamətində,  aidiyyəti yuxarı dövlət qurumları ilə müvafiq əlaqəli işlər aparıldığını və bu məsələnin birbaşa Dövlət Başçısının diqqətində və nəzarətində olduğunu bildirdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa