“Qəzaya uğrayan təyyarə AZAL-a məxsus olub”

media-hightechnic-468x90

jio“Qəzaya uğrayan AZAL-a məxsus birmühərrikli təlim təyyarəsi olub. AZAL təlim uçuşları zamanı “Texno 172 S” təyyarələrindən istifadə edir”.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

““Texno 172 S” təyyarəsi AZAL-ın təlim uçuşları zamanı məcburi eniş edib. Buna səbəb təyyarənin ikinci dövrəyə gedən zaman mühərrikində baş verən nasazlıq olub və mühərrik sıradan çıxıb”.

M.Səfərlinin sözlərinə görə, təlim təyyarəsində iki nəfər – təlimatçı pilot və daşıcı pilot olub.

“Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçmiş və təyyarəni yerə endirmişdi. Nəticədə xəsarət alan olmayıb”.

Qeyd edək ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu “Cessna” markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600